“Rusiya-Ukrayna cəbhəsində vəziyyət Ukrayna əks-hücumları ilə müşahidə olunur. Bir çox istiqamətlərdə Ukrayna artıq əks-hücum əməliyyatlarına başlayıb. Rusiya isə buna cavab olaraq su anbarını partlatdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya etiraf etməsə belə, proseslər bu işdə Rusiyanın əli olduğunu göstərir: “Göründüyü kimi Rusiya Ukraynanın əks-hücum əməliyyatlarının qarşısını almaq üçün əlindən gələni edir. Xüsusilə də nəzərə almaq lazımdır ki, sonuncu varinat belə olsa Rusiyanın əlində nüvə silahı var. Rusiya böyük ölçüdə məğlubiyyətə uğrayarsa, bu zaman qadağan olunmuş müəyyən silahlara əl ata bilər. Hazırda isə Rusiyanın bunu edəcəyi ehtimal edilmir. Rusiya hazırki vəziyyətdə qəzalar törətməklə Ukraynaya can itkisi yaşadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB