Serbiya ordusu Kosova ilə sərhədə yeridilib

Serbiya ordusu Kosova ilə sərhədə yeridilib

Serbiya ordusu Kosova ilə sərhədə yeridilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Bildirilib ki, silahlı qüvvələr təcili olaraq sərhədə doğru irəliləyib.

Qeyd edək ki, müsəlman albanların yaşadığı Kosova 2008-ci ildə müstəqilliyini elan edib. Bu ölkə ABŞ və əksər Avropa ölkələri tərəfindən, o cümlədən Türkiyə tərəfindən tanınır.

Serbiya isə Kosovanı öz ərazisi hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə