Rusiyanın birqütblü dünya ilə mübarizəsində Belarus onunladır

Rusiyanın birqütblü dünya ilə mübarizəsində Belarus onunladır

Çərşənbə günü, mayın 24-də Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada II Avrasiya İqtisadi Forumunda çıxışı zamanı vurğulayıb ki, Rusiya birqütblü dünyaya meydan oxumaq riskini götürüb və bu proseslərin önündə gedir, Belarus isə onun yanındadır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Lukaşenko onu da qeyd edib ki, Rusiya mövcud vəziyyətlə bağlı başını aşağı salmamalı, lakin bu təşkilatlara təkan verərək ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) və BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) inkişafında güclü lokomotiv ola bilər.

Belarus liderinin fikrincə, bəlkə də mütərəqqi bəşəriyyət gələcək beynəlxalq birliklərdə bunu arzulayır.

“Rusiya çox fəal olmalıdır. Burada Qərbin bütün mediada Rusiya əleyhinə qışqırmasına baxmayaraq, onun nüfuzu böyükdür. Rusiya birqütblü dünyaya meydan oxumaq riskini öz üzərinə götürüb və bu proseslərin önündə gedir. Amma biz də onunlayıq”.

Bunu Belarus lideri bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin demişdi ki, birqütblülüyün tərəfdarı olanların qlobal iqtisadiyyata ziyan vurub, mahiyyətcə özlərinə atəş açdıqlarını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə