Bu arada tanınmamış Dnestryanı Moldova Respublikasının başçısı Vadim Krasnoselski terror təhlükəsinin sarı səviyyəsinin iyulun 18-dək uzadılması haqqında fərman imzalayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, fərman mayın 19-dan qüvvəyə minir. Qeyd edək ki, bu, Dnestryanı rəhbərinin saytında da yer alıb.
“Terror təhlükəsinin yüksək sarı səviyyəsinin bütün Pridnestroviya Moldova Respublikasının ərazisində müddəti 60 gün müddətinə uzadılsın”, - sərəncamda belə deyilir.
Qeyd edək ki, tundan əvvəl tanınmamış Dnestryanı Moldova Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin rəhbəri Valeri Gebos, Dnestryanı sakinlərinə Rusiya hərbçilərinə qarşı terror aktları ilə bağlı çağırışlar gəldiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB