Qardaş oğlu əmisinin ölümündə MKİ-nin əli olduğunu iddia edir

Qardaş oğlu əmisinin ölümündə MKİ-nin əli olduğunu iddia edir

ABŞ prezidentliyinə namizəd vəkil, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu olan kiçik Robert Kennedi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 1963-cü ildə qohumunun qətlində əli olduğunu bildirib.

“Onun qətlində Mərkəzi Kəşfiyyat İdarəsinin əli olduğuna dair güclü sübutlar var. Düşünürəm ki, hazırda bu, ağlabatan şübhələrdən kənardadır”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “New York Post” bunu kiçik Robert Kennedidən sitat gətirib.

Kiçik Kennedi xüsusi xidmət orqanlarının təkcə ABŞ-ın keçmiş prezidentinin qətlində deyil, həm də cinayətin izlərini ört-basdır etməkdə iştirak etdiyini irəli sürüb.

Xatırladaq ki, 22 noyabr 1963-cü ildə Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti Con Kennedi həyat yoldaşı Jaklin və Texas qubernatoru Con Konalli ilə birlikdə səyahət etdiyi kabrioletdə Dallasda güllələnib.

Rəsmi versiyaya görə, qatil keçmiş dəniz piyadası Li Harvi Osvald həbsindən iki gün sonra polis idarəsində güllələnərək öldürüldü.

2021-ci ilin dekabrında ABŞ Kennedinin sui-qəsd təhqiqatı ilə bağlı əvvəllər möhürlənmiş 1500-ə yaxın sənədin məxfiliyini də ləğv etdi.

2022-ci ilin dekabrında ABŞ-ın Milli Arxivi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı daha 13 000 sənəd dərc edib.

Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Amerika prezidentlərinin bütün sui-qəsdlərində korporativ iz olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə