Belçikanın Baş naziri Aleksandr De Kru fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələlərdən sonra ölkəsinin Hatayda səhra xəstəxanası qurduğunu və uzun müddətdə dəstək verməyə davam edəcəklərini qeyd edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Aleksandr De Kru ötən gecə bir qrup müsəlman gəncin paytaxt Brüsseldə təşkil etdiyi iftarda iştirak edib.
Aleksandr De Kru burada etdiyi çıxışında Türkiyədə baş verən zəlzələlərdən sonra Belçikada yaşayan türk ictimaiyyəti və Türkiyə ilə həmrəy olduqlarını deyib.
"Belçika hər zaman həmrəylik nümayiş etdirir və bir çox insan hər gün yardım üçün fəal şəkildə çalışır'',-deyə Aleksandr De Kru qeyd edib.
Ölkəsinin Hatayda xəstəxana inşa etdiyini xatırladan Aleksandr De Kru deyib:
"Bu xəstəxana hələ də fəaliyyət göstərir və gündə 70-80 nəfər həmin xəstəxanada müalicə olunur. Bu xəstəxana bizim uzun müddətdə orada olacağımızı və dəstək verəcəyimizi göstərir. Türkiyədə çox dəhşətli zəlzələ baş verdi. İnsanlar çox güclüdür. Belçika ilə Türkiyə arasındakı bu həmrəylik çox gözəldir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB