Vulkan partladı və ətrafa kül səpildi

Vulkan partladı və ətrafa kül səpildi

Rusiyanın şərqindəki Kamçatka yarımadasındakı ən aktiv vulkanlardan biri olan Şiveluç ötən gün partlayaraq ətrafa kül səpib. SİA xarici mətbuata istinadən xəbər verir ki, son 60 ilin ən böyük püskürməsində 50 km uzaqlıqdakı bir neçə kənd 20 santimetr hündürlüyündə vulkanik küllə örtülüb. Kül buludlarının 10 km hündürlüyə çatdığı bildirilib. Partlayış səbəbindən ərazi təyyarələr üçün bağlanıb və yerli sakinlərə evdə qalmaq tövsiyə olunub.

Moskvadan 6600 km şərqdə Sakit Okeana qədər uzanan Kamçatka yarımadası 30 aktiv vulkanı ilə dünyanın ən sıx geotermal fəaliyyət bölgələrindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə