20 miqrant itkin düşüb

Aralıq dənizinin Tunis sahillərində iki qayığın batması nəticəsində İtaliyaya qaçmaq istəyən azı 23 afrikalı miqrant itkin düşüb. SİA “Reuters”ə istinadla xəbər verir ki, sahil mühafizəsi 53 nəfəri xilas edib, onlardan ikisinin vəziyyəti ağırdır. Dənizdən 4 cəsəd çıxarılıb. Axtarışlar davam etdirilir.

Mart ayının əvvəlindən bəri Tunis sahillərində 7 oxşar qəza baş verib, təxminən 100 nəfər ölüb və ya itkin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə