Fransada artıq bütün böyük şəhərləri bürümüş ümumi tətil və kütləvi etirazlar səngimək bilmir.
Lion və Tuluzada nümayişçilər ən böyük magistral yolları, Marseldə isə iri şirkətlərin ofislərini bağlayırlar. Parisdə izdiham Şarl de Qoll hava limanına yaxınlaşmaları əngəlləyib, terminallara çatmaq fiziki cəhətdən mümkün deyil.
Paytaxtda iki böyük nümayişçi qrupu parlament binasının qarşısına, eləcə də Makronun iqamətgahının yerləşdiyi Yelisey sarayının yaxınlığında toplaşırlar.
Polis izdihamı saxlaya bilsə də, bundan əvvəl daha dörd mindən çox asayiş keşikçisi əvvəlcədən şəhərə cəlb edilib. Artıq bir sıra şəhərlərdə qarşıdurmalar başlayıb.
Nantda polisə daş atılıb. Ölkənin şimal-qərbindəki Renn şəhərində polis etirazçıları gözyaşardıcı qazla dağıdıb.
Qəzəbli kütlələr bəzən özlərinə hakim ola bilmirlər. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir neçə saat əvvəl etirazçılar Makronun 2017-ci ildə seçkilərdə qələbəsini qeyd etdiyi sevimli restoranını yandırıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB