Rusiya xarici yazıçıların kitablarının ölkədə çap və yayımını qadağan etməyəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik departamentin mətbuat xidmətinə istinadən bildirib.
O əminliklə Rusiyanın “inkvizitorlara, kitab yandıranlara” bənzədilməyəcəyini deyib. Və təbii ki, Rusiya xarici işlər naziri bununla Ukraynanın “bostanına daş atdığını” sezdirir.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın “Kommersant” nəşri Rusiyada bir sıra nəşriyyatların xülasəni təkrar yazının köməyi ilə beynəlxalq bestsellerlərin buraxılmasına qoyulan qadağadan yan keçməyə hazırlaşdıqlarını yazmışdı.
Qeyd olunub ki, bu formatda, xüsusən də şahzadə Harrinin xatirələri Rusiyada çap olunacaq.
Eksmo şirkətinin baş direktoru Yevgeni Kapievin sözlərinə görə, xülasə kitabın “əsas ideyalarını” ondan çıxarışlardan istifadə etmədən əks etdirəcək. O əlavə edib ki, belə bir layihə qeyri-bədii yeniliklərin mövcudluğu problemini qismən həll etməyə kömək edəcək, həmçinin “məcburi lisenziyaya” alternativ olan startap hesab olunur.
Maraqlıdır ki, qəzetin yazdığına görə,.. heç də bütün bazar iştirakçıları bu xülasəni yaxşı addım hesab etmirlər,
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB