Hatay vilayətində İskenderun limanında 5 gündür davam edən yanğın söndürülüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Dənizçilik Baş idarəsi yayıb.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-sı baş verən 7,7 bal gücündə zəlzələdən sonra İskenderun limanında aşan konteynerlərdə yanğın başlayıb. Yanğın bir neçə dəfə nəzarət altına alınsa da daha sonradan yenidən güclənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB