Fevralın 6-da səhər saatlarında Türkiyə və Suriyada baş vermiş güclü zəlzələ nəticəsində artıq 500-dən çox insan həlak olub. SİA Türkiyə mənbələrinə istinadən xəbər verir ki, hazırda ölkədə 284 nəfər ölüb, 2383 nəfər yaralanıb.
Suriyanın SANA agentliyi ən azı 237 nəfərin öldüyünü, 600-dən çoxunun yaralandığını bildirir. Qurbanların əksəriyyəti Hələb, Latakiya, Hama və Tartus əyalətlərindəndir.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 7,8 bal gücündə ilk təkanların episentri Türkiyənin Qaziantep şəhərinin 33 kilometrliyində, 18 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar bir sıra digər ölkələrin sakinləri də hiss ediblər: Livan, İraq, İordaniya, İsrail, Misir. Bu ölkələrdə ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB