Türkiyədə sərnişin avtobusu aşıb - ölənlər var

Türkiyədə sərnişin avtobusu aşıb - ölənlər var

Türkiyənin Afyonkarahisar əyalətində sərnişin avtobusu aşıb.

SİA Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şəhərlərarası işləyən avtobus Diyabakırdan Bodruma gedirmiş.

Məlumata əsasən, qəza nəticəsində azı 8 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.

Bildirilir ki, avtobus yoldan çıxaraq aşıb.

Qəzanın səbəbi hələki məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə