İranda Mosad ilə əlaqədə şüphəli bilinən terrorçular saxlanıb

TRT-nin İranın Tesnim xəbər agentliyinə istinad etdiyi xəbərə görə İranın Kəşfiyyat naziri İsmail Hatib ölkə əleyhinə mümkün terror fəaliyyətlərinə dair aparılan işlərlə bağlı məlumat yayıb.
İranda Mosad ilə əlaqədə şüphəli bilinən terrorçular saxlanıb

“Ölkədə iğtişaş törətmək məqsədi ilə aksiyalar keçirməyə hazırlaşan İsrail ilə əlaqədə şüphəli 12 terror qrupu yaxalanıb”.

SİA-nın əldə etdiyi məlumata görə, kəşfiyyat naziri iddia edib ki, bu cəhd Məhsa Əmini ilə əlaqəli etiraz nümayişləri uğursuzluqla nəticələndiyi üçün İranın düşmənləri tərəfindən planlaşdırılıb.

Sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra xəstələndiyi üçün xəstəxanada yerləşdirilən 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da paytaxt Tehranda həyatını itirməsi mövcud rejim əleyhinə etirazlara səbəb olub. Tehran administrasiyası davam edən etirazlarda təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insanın həyatını itirdiyini açıqlayıb.

Ancaq Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı təhlükəsizlik qüvvələrinin küçə nümayişlərinə müdaxiləsi nəticəsində 481 nümayişçinin öldüyünü, 10 mindən çox insanın saxlandığını bildirib. Dörd nümayişçi isə edam edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə