Şoyqudan yeni təyinatlar

Rusiya müdafiə naziri Sergey Şoyqu iki hərbi dairənin komandanını dəyişib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, general-polkovnik Sergey Kuzovlyev Cənub Hərbi Dairəsinə komandan təyin edilib.

Sergey Kuzovlyevin komandanlıq etdiyi Qərb Hərbi Dairəsinə general-leytenant Yevgeni Nikiforov komandan təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə