Rus polisinin gözünü qaraldıblar

Rus polisinin gözünü qaraldıblar

Moskvanın şimalındakı “Sıtıy Los” restoranında polis əməkdaşları onlara hücum edən kütləni sakitləşdirmək üçün silahdan istifadə ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə REN TV məlumat yayıb.

Telekanalın məlumatına görə, ötən gecə mühafizəçilər aqressiv davranan qonaqlardan biri ilə mübahisə etdiyi üçün restorana polis əməkdaşları çağırılıb.

Polis əməkdaşlarının gəlişi xuliqanı dayandırmayıb, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə məhəl qoymayıb.

Polis içəri girən şəxsi şöbəyə aparmaq üçün saxlamağa çalışsa da, digər iki “həmkarı” buna mane olublar.

Belə ki, onlar “həmkar”larının müdafiəsinə qalxaraq, restoran mühafizəçiləri və polisə hücum ediblər.

Daha sonra polis serjantı onlardan dayanmağı tələb edib. Buna cavab olaraq etirazçılardan biri onun gözünə zərbə endirib. Polis zabiti də öz növbəsində xidməti silahı çıxararaq yuxarıya doğru xəbərdarlıq atəşi açıb.

Atışma nəticəsində heç kim xəsarət almayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə