Türkiyədə səfərdə olan Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel Türkiyənin vitse prezidenti Fuad Oqtayla keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Türkiyənin hər sahədə Şimali Kıbrıs Türk Cümhuriyyətinin yanında olduğunu bir daha gördüklərini ifadə edən Üstel deyib:
“Vətənimiz Türkiyənin Kıbrısla bağlı irəli sürdüyümüz 2 dövlətli həll baxışını dəstəkləməyə davam etdiyini görmək bizə inam verir. Kıbrısdakı türklər Türkiyənin verdiyi dəstək sayəsində dünyaya ''Mən də varam'' mesajını verməyə davam edir''
Ünal Üstel prezident Rəcəb Tayyib Ərdoğanın sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMGK) etdiyi çıxışında Şimali Kıbrıs Türk Cümhuriyyətinin tanınması ilə əlaqədar çağırışının “tarixi addım” olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB