"Raiffeisenbank" Kiyevin Rusiyanı tərk etmək tələbinə cavab verib
“Raiffeisen Bank International” Ukrayna Milli Bankının Rusiya bazarını tərk etmək tələbinə cavab verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onlar prosesin çətinliklərinin olduğunu qeyd ediblər.
“Raiffeisenbank” Donetsk və Luqansk Xalq Cümhuriyyətləri və Krımda heç bir biznes fəaliyyəti həyata keçirmədiklərini bildirib. Eyni zamanda, ayrıca hüquqi şəxs olan Rusiya Federasiyasında törəmə bank fəaliyyət göstərir və “ölkədə qüvvədə olan qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərməyə borcludur”.
“Raiffeisen Bank International” Raiffeisenbank Russia-nın gələcəyi üçün bütün strateji variantları, o cümlədən bankdan diqqətlə planlaşdırılmış çıxışı nəzərdən keçirir. Bununla belə, vəziyyətin mürəkkəbliyini, o cümlədən Rusiya Federasiyası tərəfindən müəyyən edilmiş məhdudlaşdırıcı tədbirləri nəzərə alaraq, bu proses davam edir”.
Qeyd edək ki, bu bankdan bildirilib.
Yeri gəlmişkən, artıq Rusiyada kreditləşmənin dörddə birinin azaldıldığı da bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB