Almaniya Ukraynaya növbəti hərbi yardımı göndərib

Almaniya Ukraynaya növbəti hərbi yardımı göndərib

Almaniya Ukraynaya növbəti hərbi yardımını təhvil verib. Buraya minatəmizləmə tankları daxildir. SİA xəbər verir ki, bu barədə Almaniya Federal Hökumətinin saytı məlumat yayıb.

Hərbi yardıma dörd mina təmizləmə tankı, 4 mobil və təhlükəsiz minatəmizləmə sistemi, sərhəd mühafizəsi üçün 10 avtomobil (əvvəllər 85-i köçürülmüşdü), 120 mobil istilik sistemi (əvvəllər 48-i köçürülmüşdü).

Məlumatda, həmçinin qeyd edilir ki, yaxın vaxtlarda Ukraynaya sursatla birlikdə 40 “Marder” piyada döyüş maşını, raketlərlə birlikdə “Patriot” və 100 min ilkin tibbi yardım dəsti verilməsi planlaşdırılır.

Xatırladaq ki, Almaniya hökuməti 2022-ci il fevralın 24-dən etibarən Ukraynaya 12 milyard avrodan çox məbləğdə yardım edib.

Bütün xəbərlər Facebook səhifəmizdə