Bu arada Rusiyalı həkimlər prezident Vladimir Putinə açıq məktub göndərərək, həbsdə olarkən onuncu dəfə Vladimir vilayətindəki ciddi rejimli koloniyadakı cəzaçəkmə kamerasına göndərilən müxalifətçi Aleksey Navalnıya qarşı təzyiqləri dayandırmağı və onu lazımi şəraitlə eləcə də tibbi yardımla təmin etməyi tələb ediblər.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, “Meduza” tərəfindən dərc edilən məktubda deyilir ki, Aleksey Navalnının saxlanma şəraiti və xarici görünüşü onun həyatı və sağlamlığı üçün böyük narahatlıq yaradır. Federal Penitensiar Xidmətin nümayəndələrinin həbsdə olan müxalifətçiyə lazımi dərmanları verməkdən imtina etməsi Rusiya vətəndaşı Aleksey Navalnının həyatı üçün birbaşa təhlükə yaradır.
Aleksey Navalnıya kifayət qədər tibbi yardım göstərilmir və onun ŞİZO-da saxlanmasının əks göstəriş olduğunu yazan rusiyalı həkimlər, vətəndaşların hüququ səhiyyə və tibbi xidmətin Rusiya Konstitusiyasında nəzərdə tutulduğunu Putinə xatırladırlar.
Rusiyalı həkimlər Konstitusiyanın təminatçısı kimi prezident Putinə müraciətlərində mülki həkimlərin Aleksey Navalnı ilə görüşməsinə icazə verilməsini və sübut olarsa, onun tam müayinə və müalicə üçün mülki xəstəxanaya yerləşdirilməsini tələb edirlər.
Maraqlıdır ki, məktubu əksəriyyəti Moskvadan olan 36 həkim imzalayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB