Türkiyədən ABŞ-a ixracat həcmi ötən il rekord həddə artıb.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-da türk məhsullarına tələbat 2022-ci ildə də artmağa davam edib.
Bildirilir ki Türkiyədən ötən il ABŞ-a 14 milyard 362 milyon dollarlıq məhsul ixrac edilib.
Bu da 2022-ci ildə ABŞ-a reallaşdırdığımız ixracatın 2021-ci ilə müqayisədə 11,8 faiz artdığını göstərir.
Adı çəkilən ölkəyə ixrac edilən məhsullar arasında kimya materialları (1 milyard 523 milyon dollar) ilk sırada iştirak edib
. Bunu sırası ilə avtomobil, polad sənayesi sektoru, geyim və zərgərlik sənayesi sektoru izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB