Avropa İttifaqı (Aİ) ölkələri və Aİ üzvü olmayan Şengen ölkələri Çində yeni növ koronavirus (Covid-19) yoluxmalarının artması ilə əlaqədar koordinasiyalı tədbirlər həyata keçirmək barədə razılığa gəliblər. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Aİ ölkələri, Aİ-nin müvafiq qurumları və Şengen üzvü ölkələrin böhrana nəzarətindən məsul olan səlahiyyətliləri Çində yoluxma hallarının artması qarşısında nə ediləcəyini müzakirə etmək üçün Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib.
İclasın sonunda İsveçin sədrlik etdiyi Aİ Şurasından verilən açıqlamaya görə, Çinə gedən və Çindən gələn bütün sərnişinlərin tibbi maska taxmasının tövsiyyə edilməsi qərara alınıb.
İclasda qəbul edilən qərarlarda sərnişinlərin "Covid-19" testindən keçməsi birbaşa məcburi deyil.
Ancaq, Aİ ölkələrinin də Çindən yola düşən bütün sərnişinlərdən uçuşdan 48 saat əvvəl mənfi test tələb etmələri üçün "güclü şəkildə təşviq ediləcəyi" bildirilib.
Aİ üzvləri, həmçinin Çindən uçan təyyarələrin tullantı sularının təhlili və sərnişinlərdən təsadüfi nümunələr götürərək epidemioloji vəziyyəti izləmək üçün genom ardıcıllığını araşdırmaq barədə razılığa gəliblər.
Aİ ölkələri bu ayın ortalarında vəziyyəti yenidən qiymətləndirəcək.
Qeyd edək ki, Çin keçən ayın əvvəlində "Covid-19" məhdudiyyətlərini yumşaldıb. Daha sonra isə, ölkədə artan yoluxma hallarından və kütləvi yayılmadan narahat olan bir çox ölkə Çindən gələn səyahətçilər üçün tədbirlər görəcəklərini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



