Uşaq miqrantlar sığınacaq gözləyirlər

Uşaq miqrantlar sığınacaq gözləyirlər

Fransada müşayiəti olmayan təxminən 350 miqrant uşaq, günlərlə soyuq havada daimi sığınacaq ehtiyaclarını qarşılamalarını tələb edərək, hökumət binasının qarşısında düşərgə qurub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əksəriyyəti Qərbi Afrika və Əfqanıstandan olan, orta hesabla 15 yaşlarında olan 350-yə yaxın miqrant uşaq dekabrın 2-dən etibarən Parisdə Dövlət Şurasının qarşısındakı çadırlarda yardım təşkilatlarının dəstəyi ilə yaşayır. Səlahiyyətlilərdən daimi yaşayış ehtiyaclarının ödənilməsini tələb edən müşayiətsiz uşaq miqrantlar günlərdir havanın temperaturunun 3 dərəcəyə endiyi sərt şəraitdə düşərgə ərazisində həyatda qalmaq üçün mübarizə aparır.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə