Mixail Podolyak Ukrayna ordusundakı hərbi itkilərdən danışıb

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə Ukrayna arasında fevralın 13-dən etibarən davam edən müharibə nəticəsində 10-13 min hərbçinin həyatını itirdiyini açıqlayıb.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə Ukrayna arasında fevralın 13-dən etibarən davam edən müharibə nəticəsində 10-13 min hərbçinin həyatını itirdiyini açıqlayıb.
Televiziya kanalına müsahibə verən Mixail Podolyak Ukrayna ordusunun hərbi itkilərinin sayı ilə bağlı məlumat verib.
SİA-nın əldə etdiyi məlumata görə, Podolyak deyib: ''Məlumata görə, müharibə nəticəsində 10 ilə 13 min arasında ukraynalı hərbçi həlak olub''.
Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen rəsmi internet səhifəsində Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı paylaşım edərək deyib: ''İndiyə qədər 20 mindən çox dinc sakinin və 100 mindən çox Ukrayna ordusunun əməkdaşının öldürüldüyü təxmin edilir”.
Ukrayna Baş Qərargahı Ursula fon der Leyenin Ukraynanın itkiləri ilə bağlı açıqlamasını təsdiqləməyib.
Daha sonra Ursula fon der Leyenin paylaşımındakı Ukraynanın itkiləri ilə bağlı məlumat çıxarılıb.
Ukrayna ordusu hələlik itkilər ilə bağlı rəsmi rəqəm açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə