24 fevral 2022-ci ildə başlayan hücumlardan sonra Rusiya və Ukrayna üçün heç nə əvvəlki kimi olmadı. SİA xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən, Rusiya ordusunun törətdiyi cinayətlərlə bağlı araşdırmalar və məhkəmələr davam edir.
Ukrayna Milli Polisinin verdiyi açıqlamada Rusiyanın hücumlarının başladığı 24 fevraldan indiyədək “Rusiya ordusunun törətdiyi cinayətlər”lə bağlı 44 min 662 cinayət işinin açıldığı bildirilib. Rusiya ordusuna qarşı ittihamlar arasında "müharibə qanunlarını və adətlərini pozmaq", "Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına hücum", "dövlətə xəyanət" və "dağıdıcılıq" daxildir. Rusiya ordusunun qanunsuz saxladığı 47 yerin olduğu bildirilir və işgəncəyə məruz qalan Ukrayna vətəndaşları indiyədək Nikolayev və Nikolayev vilayətlərində aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB