Atlantik regionu və Aralıq dənizində nəhəng təlim

NATO-nun verdiyi məlumata görə...
Atlantik regionu və Aralıq dənizində nəhəng təlim

Çoxsaylı döyüş gəmisi, o cümlədən NATO ölkələrinə məxsus 5 təyyarədaşıyan gəmi Atlantik regionu və Aralıq dənizində təlimlər keçirir.

NATO-nun verdiyi məlumatına istinad edən SİA xəbər verir ki, noyabr ayı boyu keçirilən təlimlərdə ABŞ, İngiltərə, İtaliya və Fransanın təyyarə gəmilərini çox sayda döyüş gəmisi və təyyarəsi müşayiət edir.

Minlərlə əsgərin iştirak etdiyi təlimlərdə dünyanın ən yeni və ən böyük döyüş gəmisi sayılan “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi də var.

Digər təyyarədaşıyanlar ABŞ-ın “USS George H.W. Bush”, İngiltərənin “HMS Queen Elizabeth”, Fransanın “Charles de Gaulle” və “İtaliyanın “Cavour” gəmiləridir. Bu təyyarədaşıyanları Kanada, Danimarka, Almaniya, Hollandiya, İspaniya, Fransa, Yunanıstan, İtaliya və ABŞ-dan olan digər hərbi gəmilər müşayiət edir.

Hərbi təlimlərdə sualtı qayıqlarla döyüş, hava döyüş manevrləri və dəniz təchizatı fəaliyyətləri həyata keçirilir.

Bundan əlavə, döyüş təyyarələri təyyarədaşıyan gəmidən havaya qalxaraq digər təyyarədaşıyıcıların üzərinə enir.

Bütün xəbərlər Facebook səhifəmizdə