Pakistanın Hayber Paxtunxva əyalətində patrul polisi maşınına silahlı hücum nəticəsində 6 polis əməkdaşı həlak olub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, silahlılar Dadivala rayonunda patrul polisi maşınına silahlı hücum ediblər.
Hücum nəticəsində 6 polis həlak olub.
Təhlükəsizlik qüvvələri hücum edənlərin tutulması üçün əməliyyata başlayıb.
Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB