Toyota iki nəfərlik rahat və əlverişli bir kamp mikroavtobusu təqdim edib...

Orada yataq otaqları, mətbəx və vanna otağı var...

...Toyota Proace Max mikroavtobusu yeni Tanuki versiyasını - kemper mikroavtobusunu əldə edib.

İnteryerdə yataq otaqları, mətbəx və vanna otağı var. Yeni Toyota Proace Max Tanuki tezliklə bazara çıxacaq və nisbətən əlverişli olacaq.

SİA-nın məlumatına görə, avtomobilin təsviri motor.es saytında verilib.

Kommersiya Toyota Proace Max-ın genişləndirilmiş versiyalarına əsaslanan avtomobil 6 və 6,36 metr uzunluğunda təklif olunur.

O, firavanlıq simvolu olan Yapon folklorundan olan sehrli Tanuki yenotun adını daşıyır.

Toyota Proace Max-ın interyerində iki çarpayı və çoxsaylı qarderoblar var. Qatlanan masa və fırlanan oturacaqlar da əlavə edilib.

Toyota avtomobilində həmçinin qaz sobası, lavabo və soyuducu olan kiçik mətbəx var.

Hətta kiçik vanna otağı üçün də yer var. Toyota Proace Max Tanuki paketinə açarsız giriş, iqlim nəzarəti və naviqasiya daxildir.

Elektrik avadanlıqları ayrıca batareya ilə işləyir. Günəş panelləri, LED işıqlandırma və qatlanan tent seçim olaraq mövcuddur.

Toyota avtomobili 2,2 litrlik turbodizel mühərriki ilə təchiz olunub: 140 at gücündə versiya 6 pilləli mexaniki transmissiya ilə, 180 at gücündə versiya isə 8 pilləli avtomatik transmissiya ilə təchiz olunub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə