Belarusun İT şirkəti olan Flo Unikom oldu...

Belarusun İT şirkəti olan Flo Unikom oldu...

...Qadınların sağlamlığı üçün məşhur Flo Health proqramını hazırlayan Belarus İT şirkəti Flo, daha 200 milyon dollar investisiya cəlb edib və hazırda 1 milyard dollar dəyərində qiymətləndirilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “TechCrunch” yazır.

Beləliklə, Flo Belarus kökləri olan ikinci Unicorn şirkət oldu. Xatırladaq ki, birincisi PandaDoc-dur

Yeri gəlmişkən Flo-nun əsas inkişaf ofisi hazırda Vilnüsdə, baş ofisi isə Londonda yerləşir.

Şirkət tərəfindən buraxılan qadın sağlamlığı proqramından hər ay 68 milyon insan fəal şəkildə istifadə edir.

Unicom, bazar dəyəri 1 milyard dollardan çox qiymətləndirilən başlanğıc şirkətlərdir.

...Və yeri gəlmişkən, Unicom (...tərcümədə təkbuynuzlu kimi təqdim edilir-A.B.) sirli varlıqlardır. Əsrlər boyu böyük ağıllar bu azğın heyvanların surətinə yönəlib. Hələ o vaxt Leonardo da Vinçi özü onlar haqqında nağıl yazıb...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə