Çindən gələn ən etibarlı və etibarsız ucuz krossoverlərin adı açıqlanıb
...Çində mövcud olan ən yaxşı yerli istehsal olan krossoverlər müəyyən edilib. Büdcə seqmentində ucuz modellərin etibarlılıq reytinqi Dövlət Bazar Administrasiyası tərəfindən yaradılmış Çin Keyfiyyət Şəbəkəsi tərəfindən tərtib edilmişdir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə qurumun saytında dərc olunub.
Reytinqə əsas versiyada qiyməti 100 000 yuana (13 800 dollar) qədər olan 19 büdcə krossoveri daxil edilib. Mütəxəssislər avtomobillərin nasazlıqlarını, həmçinin müştərilərdən daxil olan şikayətləri təhlil ediblər.
...Problemlərə görə nəqliyyat vasitələrinə cərimə xalları verilir.
Müvafiq olaraq, Çindən gələn ən etibarlı krossoverlər ən az xallara malikdir. Bu il reytinqin lideri dəyişməyib.
Ən etibarlı Çin büdcə krossoveri 140 xal toplayan və ardıcıl ikinci dəfə qalib gələn GAC Trumpchi GS3-dir.
İkinci yeri Changan CS35 Plus (141 xal),
üçüncü yeri isə Geely Icon (143) tutub. İlk beşliyə Geely Coolray (161 xal) və Kaiyi X3 Pro (163) daxil olub.
…Ən pisləri Zotye T300 (232 bal), Livan X3 Pro və BAW BJ212 (hər biri 209) olub. Həmçinin, JAC JS4 (198 xal), Chery Tiggo 2 Pro (187) və Tiggo 4 Pro (188) o qədər də yaxşı nəticə göstərməyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB