Ə.Uraloğlu sosial media hesabında Türkiyənin ilk yerli və milli peyki olan Türksat 6A-nın atış prosesi ilə bağlı paylaşım edərək yazıb ...
Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Türksat 6A-nın kosmos səyahətində üçüncü atış prosesinin uğurla tamamlandığını açıqlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Uraloğlu sosial media hesabında Türkiyənin ilk yerli və milli peyki olan Türksat 6A-nın atış prosesi ilə bağlı paylaşım edərək yazıb: “Türksat 6A-nın atış mərhələlərinin uğurla icra olunmağa davam edir. 7 dəqiqə sürən 3-cü atış prosesini də müsbət yekunlaşdırdıq. Türksat 6A tarixi səyahətini və orbitinə doğru irəliləyişini davam etdirir".
Ölkənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır Türksat 6A-nın orbital dövründə planlaşdırılan 5 atışdan 4-cünün 16 iyulda baş tutacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB