“Türkiyə çox layiqli rəqibdir” - Azərbaycan millisinin kapitanı

"Biz bu gün komanda oyunu nümayiş etdirdik. Sonadək oynadıq". SİA xəbər verir ki, bunu Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında qadın həndbolu üzrə milli komandaların yarımfinal görüşündə Özbəkistan millisinə 40:27 hesabı ilə qalib gəlmiş Azərbaycan yığmasının kapitanı Rəna Həsənova deyib.

O, sabah meydan sahibi Türkiyə ilə keçiriləcək matç haqda bunları deyib: "Türkiyə ilə finalda sonadək oynayacağıq. Onlar bizim üçün çox layiqli rəqibdir".

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda Kameruna 10:0 (texniki qələbə), Əfqanıstana 43:9 və İrana 26:17 qalib gələrək qrupda 6 xalla birinci olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə