İlk yarımfinalçı bəlli oldu

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Union Berlin” doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri çətin qələbə sayəsində ilk yarımfinalçıya çevriliblər.

Almaniya kuboku

1/4 final

1 mart

Union Berlin – Sankt Pauli 2:1

Qol: Bekker, 45. Voqlzammer, 75 – Kyereh, 21.

2 mart

21:30. Hamburq – Karlsrue

21:30. Hannover – Leypsiq

23:45. Bohum - Frayburq

Bütün xəbərlər Facebook səhifəmizdə