Həbib Nurməhəmmədov karyerasını başa vurmasının səbəbini açıqlayıb

MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov karyerasını başa vurmasının səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, yüngül çəkidə rəqib tanımayan rusiyalı döyüşçü ABŞ təmsilçisi Castin Qetjini məğlub etdikdən sonra oktaqonla vidalaşıb. Həbib bunu verdiyi vədlə əlaqələndirib: "Castinlə döyüşə görə UFC-dən mənə zəng edəndə anamla üç gün danışdım. Anama söz vermişdim ki, bu, mənim son döyüşüm olacaq. O istəmirdi ki, mən atasız döyüşüm". Qeyd edək ki, bir müddət əvvəl Nurməhəmmədovun atası vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...