Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun pasportuna həbs qoyulub. SİA-nın məlumatına görə, bununla bağlı qərarı Braziliyanın Riu-Qrandi-du-Sul ştatının məhkəməsi qəbul edib.
38 yaşlı Ronaldinyo 2015-ci ildə qanunsuz anbar və balıqçılıq platformasının tikintisinə görə təyin edilən 2 milyon avro cəriməni ödəmədiyi üçün sanksiya ilə üzləşib.
Xatırladaq ki, Ronaldinyo karyerası ərzində Fransanın PSJ, İspaniyanın "Barselona" və İtaliyanın "Milan" kimi tanınmış klublarının formasını geyinib. O, bu ilin yanvarında karyerasını bitirdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB