DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 5-də, saat 20.00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə stadionun ərazisində yerləşən avtomobil parkından istifadəyə şərait yaradılacaq. SİA-nın məlumatına görə, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB