Son ölkə çempionu "Real" İspaniya Superkubokunu da qazanıb. Belə ki, Madrid təmsilçisi iki oyundan ibarət mübarizədə "Barselona"dan güclü olub. İlk görüşdə səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən Zinəddin Zidanın komandası, dünən Madriddə keçirilən görüşdə 2 cavabsız qolla Superkubokun sahibi olub. "Real"ın hücumçusu Kriştiano Ronaldo cəzalı durumda olduğundan bu görüşdə iştirak etməyib.
17 avqust
"Real" - "Barselona" - 2:0
Qollar: Asensio, 4, Benzema, 39
İlk oyun - 3:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB