42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində keçirilən və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şahmat Olimpidasının Əməliyyət Komitəsi tərəfindən təşkil olunan İncəsənət və Şahmat Festivalı başa çatıb. SİA-nın məlumatına görə, festivalda iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyamaqla onların üzərində qeyri-adi, unikal rəsmlər çəkib. Öz istedadı sayəsində kreativlik və şahmat ab-havası yaradan rəssamlar hər bir fiqurun özünəməxsus incəsənət nümünəsinə çevrilməsinə nail olub. Şahmat fiqurlarının üzərində Azərbaycan mədəniyyətininin müxtəlif nümunələri, milli ornamentlər əks olunub.
Bu gün isə olimpiadanın keçiriləcəyi Bakı Kristal Zalında həmin əsərlərdən ibarət sərgi təşkil edilib. Sərginin açılışında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, jurnalistlər və digərləri iştirak ediblər. İştirakçılar tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, Azərbaycan rəssamları kreativ əsərləri ilə 42-ci Ümumdünya Şahmat Olimpiadasında mədəniyyətimizin tanıdılmasına öz töhfələrini verəcəklər. Sərgidə hər əsərin yanında müəllifi dayanaraq təsvir etdiyi görüntüləri ziyarətçilərin və media nümayəndələrinin diqqətinə çatdırıb.
Qeyd edək ki, sərgi Bakı Şahmat Olimpiadası müddətində də fəaliyyət göstərəcək.
Bu gün, həmçinin festivalda iştirak edən 23 rəssam Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin sertifikatı ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB