"Barselona" qapıçısını 17 milyona satır

"Barselona" qapıçısını 17 milyona satır

"Barselona"nın nümayəndəsi Robert Fernandes komandanın qapıçısı Kladio Bravonun "Mançester Siti"yə keçəcəyini təsdiqləyib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, çilili qolkiper bu həftənin cümə axşamı Mançesterə gedəcək. Bu transfer üçün "Mançester Siti"nin 17 milyon funt sterlinq ödəyəcəyi gözlənilir. Qeyd edək ki, K.Bravo 2014-cü ildə "Real Sosyedad"dan "Barselona"ya keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə