Boksçumuz Olimpiya Oyunlarının çempionu oldu

Boksçumuz Olimpiya Oyunlarının çempionu oldu

Boksçumuz Rüfət Hüseynov Çinin Nancinq şəhərində keçirilən yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarının çempionu olub. SİA-nın xəbərinə görə, R. Hüseynov (49kq) avqustun 27-də keçirilən final görüşündə özbəkistanlı Süleymon Latipovu 3:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Rüfət çempionluq yolunda ilk görüşdə hindistanli Kumar Şyam Kakaranı (2:1), yarımfinalda isə qazaxıstanlı Şalkar Ayxınbayı (2:1) məğlub edib.

Bununla da Azərbaycan idmançılarının yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarında qazandıqları medalların sayı 10-a çatıb. İdmançılarımız 3 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə