"Mançester Yunayted" Afinada rüsvay oldu!

"Mançester Yunayted" Afinada rüsvay oldu!

Dünən axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi çərçivəsində daha iki qarşılaşma baş tutub. Siasport.az saytı xəbər verir ki, günün ilk qarşılaşmasında Rusiyada yerli "Zenit" "Borussiya" (Dortmund) klubu ilə üz-üzə gəlib. Bir çoxları Sankt-Peterburq təmsilçisinin bu qarşılaşmada almanlara qarşı başağrısı olacağını düşünsə də, əvəzində hər şey tam əksinə olub. Belə ki, turnirin son finalşısı olan Dortmund təmsilçisi meydan sahiblərinə heç bir şans verməyib. Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatb. gecənin ən sensasiyalı nəticəsi isə Afinada qeydə alınıb. Qrup səddini aşan Yunanıstanın "Olimpiakos" klubu isə doğma meydanda "Mançester Yunayted"i sınağa çəkib. İngiltərə Premyer Liqasında ən pis günlərini keçirən "qırmızı şeytanlar" bu qarşılaşmada favorit göstərilsələr də, meydanı acınacaqlı məğlubiyyətlə tərk ediblər. Aleks Fergusyonin gedişindən sonra acınacaqlı hala düşən Mançester təmsilçisi yunanlara iki cavabsız qolla məğlub olub.


25 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları


21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:4
Qollar:
Mixtaryan, 4 (0:1), Roys, 5 (0:2), Şatov, 58 (1:2), Levandovski, 61 (1:3), Halk, 69-pen (2:3), Levandovski, 71 (2:4)

23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:0
Qollar: Dominges, 38 (1:0), Kembel, 55 (2:0)

Bütün xəbərlər Facebook səhifəmizdə