İngiltərənin "Mançester Siti" futbol klubunun forvardı Mario Balotellinin başı yaman dərddədir. Siasport.az saytı xəbər verir ki, keçən həftə baş məşqçi Roberto Mançini ilə əlbayaxaya çıxan M. Balotelli, indi də sevgilisi ilə münaqişə yaşayır. Belə ki, onun sevgilisi Tabb Brovn, ulduz futbolçunun başqa qadınlarla olan əlaqələrindən hiddətlənərək, hələ keçən il ondan bu münasibətlərə son qoymasını tələb etmişdi. İndi isə məlum olur ki, aktirisa T.Brovn, bu xəbərdarlıqa məhəl qoymayan M.Balotelli ilə bütün münasibətlərini kəsmək qərarına gəlib. Türkiyənin "Milliyet" qəzeti yazır ki, xanım aktrisa rəsmi şəkildə ulduz futbolçudan ayrıldığını elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB