Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb. SİA xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gəlib. Macarıstandakı “Haladaş” stadionunda keçirilən qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb. Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub - 0:2.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB