Qadınları duş otağında gizli videoya çəkən məşqçi ömürlük futboldan uzaqlaşdırıldı
UEFA Çexiyanın qadınlardan ibarət "Slovaçko" komandasının sabiq baş məşqçisi Petr Vlahovskini futbolçuları duş otağında gizli şəkildə videokamera ilə lentə aldığına görə ömürlük futboldan uzaqlaşdırıb. UEFA həmçinin FIFA-ya da müraciət edərək, analoji sanksiyaların tətbiq olunmasını və çexiyalı Vlahovskinin məşqçi lisenziyasının ləğv edilməsini istəyib.
Məşqçi futbolçuları duş qəbul edərkən və paltardəyişmə otağında geyinib-soyunarkən gizli şəkildə çəkmək üçün çantasına yerləşdirilmiş kiçik kameradan istifadə edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB