UEFA Çexiyanın qadınlardan ibarət "Slovaçko" komandasının sabiq baş məşqçisi Petr Vlahovskini futbolçuları duş otağında gizli şəkildə videokamera ilə lentə aldığına görə ömürlük futboldan uzaqlaşdırıb. UEFA həmçinin FIFA-ya da müraciət edərək, analoji sanksiyaların tətbiq olunmasını və çexiyalı Vlahovskinin məşqçi lisenziyasının ləğv edilməsini istəyib.
Məşqçi futbolçuları duş qəbul edərkən və paltardəyişmə otağında geyinib-soyunarkən gizli şəkildə çəkmək üçün çantasına yerləşdirilmiş kiçik kameradan istifadə edib.
Mətləb