Azərbaycan stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Azərbaycan stolüstü tennisçiləri qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirirlər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından SİA-ya verilən məlumata görə, daha 6 idmançı bu məqsədlə bu gün Çinə yola düşüb.
Milli komandanın üzvləri – Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Rüstəm Hacılı və Adil Əhmədzadə mayın 27-dək baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcəklər.
İdmançılar beynəlxalq təlim-məşq toplanışının ardınca Qazaxıstanda keçiriləcək "Avrasiya Liqasına" qatılacaqlar. Qızlar mayın 28-dən 31-dək Astana, oğlanlar isə Taraz şəhərində təşkil olunacaq yarışda mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB