Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında finala yüksəlib. 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz polşalı Zuzanna Ptak və finlandiyalı Kerttu Helmi Uşanoffa heç bir şans tanımayıb.
Hər iki rəqibini 10:0 hesabıyla üstələyən güləşçimiz yarımfinalda Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovaya qalib gəlib – 4:1. Xədicə bu gün finalda ukraynalı Olena Kolubayla güləşəcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB