“Fənərbağça”da prezident seçkiləri ərəfəsində diqqətçəkən transfer xəbəri gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İstanbul klubu Məhəmməd Salahı transfer etmək istəyir.
Məlumata əsasən, klub misirli ulduza 3 illik müqavilə təklif edib və təklifin ümumi dəyərinin 20 milyon avro olduğu qeyd olunur.
İddialara görə, Salah “Fənərbağça”nın təklifinə müsbət yanaşsa da, yekun qərar verməzdən əvvəl digər variantları da dəyərləndirmək istəyir.
Qeyd edək ki, son günlər təcrübəli hücumçunun adı bir sıra klublarla hallanır. Futbolçunun gələcəyi ilə bağlı qərarını yaxın vaxtlarda açıqlaması gözlənilir.
Müəllif: Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB