Luka Modriç A Seriyasının tarixinə düşüb

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasının tarixinə düşüb.

SİA "Opta"ya istinadən xəbər verir ki, 40 yaşlı xorvatiyalı bunu XXV turun "Piza" ilə səfər oyununun (2:1) 85-ci dəqiqəsində qol vurmaqla reallaşdırıb.

Futbolçu (40 yaş 157 gün) İtaliya A Seriyasında qol vuran ən yaşlı üçüncü futbolçu olub. O, yalnız Alessandro Kostakurta (41 yaş 25 gün) və Zlatan İbrahimoviçdən (41 yaş 166 gün) geri qalır.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2025/2026 mövsümündə "Milan"ın heyətində meydana çıxdığı 26 matçda 2 qola, 3 məhsuldar ötürməyə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə