"Neftçi" kapitanı ilə müqavilənin müddətini uzadıb, üç basketbolçunu heyətinə cəlb edib
Ölkəmizi FIBA Avropa Kubokunun əsas mərhələsində təmsil edəcək “Neftçi” həm komandanın, həm də Azərbaycan millisinin kapitanı olan Amil Həmzəyevlə müqaviləni daha bir mövsüm uzadıb. Bu barədə SİA-ya paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bundan əlavə, yerli oyunçular - Əkbər Məmmədov, Fikrət Ələkbərov və Ağa Ağayev komandanın heyətinə cəlb olunub.
Qeyd edək ki, Əkbər Məmmədov Azərbaycan millisinin üzvüdür, son klubu NTD olub. Fikrət Ələkbərov 20 yaşlılardan ibarət yığma komandada çıxış edib. O, son mövsümü “Quba”da keçirib. Ağa Ağayev isə 16 yaşlılardan ibarət milli komandamızın üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə